“Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC
Ümumi məlumat
TMİ “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun və işçilərin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə yaradılmışdır. Müstəqil təsərrüfat subyekti olan qurum öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, müvafiq qanunvericilik aktları və Müdafiə Sənayesi Nazirliyinin tapşırıqları əsasında həyata keçirir.
Fəaliyyət istiqamətləri
TMİ-nin əsas vəzifəsi Müdafiə Sənayesi Nazirliyinin aparatını və ona tabe olan bütün müəssisələri etibarlı mühafizə ilə təmin etməkdir. Bu məqsədlə TMİ tərəfindən binaların, istehsalat qurğularının, anbarların və maddi sərvətlərin qorunması, həmçinin ərazinin perimetr boyu mühafizə zolaqlarının nəzarətdə saxlanılması, şəxslərin və nəqliyyatın hərəkətinə qanunvericiliyə uyğun olaraq buraxılış vərəqələri əsasında nəzarət edilməsi, qeyri-qanuni daxilolmaların qarşısının alınması, mühafizə sistemlərinin mühəndis-texniki vasitələr, yanğınsöndürmə və rabitə avadanlıqları ilə təchiz edilməsi, müasir müşahidə qurğularının tətbiqi, yanğın təhlükəsizliyinə nəzarət, Mülki Müdafiə planlarının icrası, terror hadisələri və fövqəladə hallar zamanı mühafizənin gücləndirilməsi və işçilərin evakuasiyasına dəstək verilməsi, mühafizə xidmətinin etibarlığını yüksəltmək məqsədilə xüsusi əhəmiyyətli obyektlərin havadan və kənardan müşahidəsinin məhdudlaşdırılması həyata keçirilir. Müasir mühafizə texnologiyalarının mənimsənilməsi və yeni təhlükəsizlik qaydalarının tətbiqi TMİ-nin fəaliyyətində prioritet istiqamətlərdən biridir.
Əlaqə məlumatları
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 15.
Tel: +99450 621 62 51
E-mail: tmi@mdi.gov.az