“Cihaz İstehsalat Birliyi” MMC
Ümumi məlumat
"Cihaz İstehsalat Birliyi" MMC Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üzrə ixtisaslaşmış dövlət qurumudur. Müəssisə 2006-cı il 24 noyabr tarixində "Mühəndis Texnikası İstehsalat Birliyi" adı ilə yaradılmışdır. 2008-ci il 22 fevral tarixindən etibarən rebrendinq olunaraq hazırkı adı ilə fəaliyyətini davam etdirir.
Fəaliyyət istiqamətləri
Müəssisə tərəfindən müdafiə təyinatlı müxtəlif növ hərbi texnika və məmulatların istehsalı, realizasiyası, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi və dövlət sifarişlərinin icrası, müasir texnologiyaların istehsalata tətbiqi, məmulatların əmək tutumunun azaldılması və istehsal həcminin artırılması yolu ilə səmərəliliyin yüksəldilməsi, yeni məmulatların sifarişçi tərəfindən təsdiq edilmiş taktiki-texniki tapşırıqlara uyğun yaradılması, mövcud texnikaların təmiri, təkmilləşdirilməsi və utilizasiyası, qabaqcıl ölkələrin silahlı qüvvələrində tətbiq olunan yeni növ hərbi məhsulların öyrənilməsi və onların üstün texniki xüsusiyyətlərinin yerli istehsalatda tətbiqi, tabelikdə olan müəssisələrin fəaliyyətinin vahid prinsiplər əsasında əlaqələndirilməsi, istehsal proqramlarının müəyyən edilməsi və maddi-texniki təchizatın təşkili həyata keçirilir.
Tərkibinə daxil olan müəssisələr
Hazırda Müəssisənin tərkibinə Şərur "Radio" zavodudaxildir. Zavod tərəfindən mülki və ikili təyinatlı məmulatların istehsalı həyata keçirilir.
Əlaqə məlumatları
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Ziya Bunyadov, pr.15
Tel: (+99412)561 30 14
E-mail: cihaz@mdi.gov.az