Əsas səhifə \ Azərsilah

Azərsilah

Ümumi məlumat

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli 2318 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. “Azərsilah” QSC-nin yaradılmasında əsas məqsəd ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrində qabaqcıl korporativ idarəetmə təcrübəsinin tətbiqi ilə rəqabətədavamlılığın, maliyyə-təsərrüfat dayanıqlılığının, idarəetmə səmərəliliyinin və nəzarət mexanizmlərinin gücləndirilməsidir.


Fəaliyyət istiqamətləri

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti silah istehsalının, satışının və ixracının təşkilini həyata keçirən, eyni zamanda tabeliyində olan hüquqi şəxslərin idarə olunması və inkişafını təmin edən kommersiya hüquqi şəxsdir. “Azərsilah” QSC-nin fəaliyyət istiqamətlərinə müdafiə sənayesi müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, istehsal imkanlarının genişləndirilməsi, yeni nəsil silahların hazırlanması, müdafiə sənayesinə investisiya və kadr resurslarının cəlb olunması, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi daxildir.


Tabeli müəssisələr

Hazırda “Azərsilah” QSC-nin strukturuna aşağıdakı müəssisələr daxildir:

·         “İqlim” Elmi-İstehsalat Müəssisəsi” MMC 

·         “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi 

·         “Zireh” MMC 

Bu müəssisələr müxtəlif müdafiə təyinatlı məhsulların hazırlanması, istehsalı və texnoloji həllərin tətbiqi istiqamətində fəaliyyət göstərirlər.


İdarəetmə strukturu

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə ümumi rəhbərlik və nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. “Azərsilah” QSC-nin cari fəaliyyətinə isə Baş direktor rəhbərlik edir. İdarəetmə strukturu müdafiə sənayesində vahid yanaşmanın tətbiqinə, fəaliyyətin təkmilləşdirilməsinə və resurslardan səmərəli istifadənin təmin olunmasına xidmət edir.


Əlaqə məlumatları

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Mətbuat prospekti, 40

Telefon: +994 12 311 20 22

E-mail: info@azersilah.com

Oxşar yazılar

19.09.2025, 00:48

Milli Aerokosmik Agentliyi

19.09.2025, 00:34

Elmi-tədqiqat institutu

29.08.2025, 14:27

“Şərq İstehsalat Birliyi” MMC

20.08.2025, 15:10

“Aqreqat İstehsalat Birliyi” MMC

19.08.2025, 15:14

“Cihaz İstehsalat Birliyi” MMC

18.08.2025, 15:17

“Üfiq İstehsalat Birliyi” MMC

17.08.2025, 15:20

“Optika-Mexanika İstehsalat Birliyi” MMC

16.08.2025, 15:25

“Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC

16.08.2025, 15:23

“Texnika İstehsalat Birliyi” MMC

13.08.2025, 15:32

“Sosial Xidmətlər İdarəsi” MMC