Nazirlik haqqında

Nazirliyin yaradılması

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi
ləğv edilsin və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılsın.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Əsasnaməsinin layihəsini, nazirliyin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,


Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 dekabr 2005-ci il.