Əsas səhifə \ Elmi-tədqiqat institutu

Elmi-tədqiqat institutu

Ümumi məlumat

ETİ ölkənin müdafiə qüdrətinin artırılması məqsədilə radioelektronika, cihazqayırma və müdafiə sənayesi sahələrində elmi-praktiki fəaliyyət göstərən dövlət müəssisəsidir. ETİ  “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun və işçilərin say həddinin  təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin 2006-cı il 2 oktyabr tarixli Əmri ilə yaradılmışdır və birbaşa Nazirliyin tabeçiliyindədir.


Fəaliyyət İstiqamətləri

ETİ tərəfindən müdafiə təyinatlı məhsulların yaradılması və təkmilləşdirilməsi məqsədilə silah, döyüş sursatı və hərbi texnika üzrə axtarış-layihə və təcrübi-konstruktor işlərinin aparılması, radioelektronika, cihazqayırma, optika-elektron cihazlar və lazer texnikası sahəsində yeni həllərin işlənilməsi, pilotlu və pilotsuz aviasiya texnikası, raket kompleksləri, kəşfiyyat və naviqasiya sistemləri üzrə tədqiqatlar, partlayıcı maddələr, barıtlar və raket yanacağı sahəsində elmi araşdırmalar, modul tipli qurğuların, hərbi bina və istehkamların layihələndirilməsi işləri həyata keçirilir.


Elmi-Təşkilati Fəaliyyət

ETİ tərəfindən elmi kadrların hazırlanması təmin olunur. Müvafiq sahələr üzrə elmi-praktiki konfranslar təşkil edilir. Qurum fəaliyyət çərçivəsində beynəlxalq sazişlərə uyğun olaraq xarici dövlətlərlə elmi-texniki əməkdaşlıq həyata keçirir.


Əlaqə məlumatları

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Rahib Məmmədov küçəsi 25.

Tel: +99412 371 01 35

E-mail: eti@mdi.gov.az 

Oxşar yazılar

19.09.2025, 00:55

Azərsilah

19.09.2025, 00:48

Milli Aerokosmik Agentliyi

29.08.2025, 14:27

“Şərq İstehsalat Birliyi” MMC

20.08.2025, 15:10

“Aqreqat İstehsalat Birliyi” MMC

19.08.2025, 15:14

“Cihaz İstehsalat Birliyi” MMC

18.08.2025, 15:17

“Üfiq İstehsalat Birliyi” MMC

17.08.2025, 15:20

“Optika-Mexanika İstehsalat Birliyi” MMC

16.08.2025, 15:25

“Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC

16.08.2025, 15:23

“Texnika İstehsalat Birliyi” MMC

13.08.2025, 15:32

“Sosial Xidmətlər İdarəsi” MMC