Əsas səhifə \ Milli Aerokosmik Agentliyi

Milli Aerokosmik Agentliyi

Ümumi məlumat

MAKA 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində “Kaspi” Elmi Mərkəzi kimi fəaliyyət göstərmiş və 1981-ci ildə onun bazasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 fevral tarixli 580 nömrəli Fərmanı ilə KTEİB-in bazasında Azərbaycan Milli Aerokosmik Agentliyi (AMAKA) yaradılmış və sonradan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 839 nömrəli Fərmanına əsasən AMAKA Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibindən çıxarılaraq Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyinə verilmişdir. “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun və işçilərin say həddinin  təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə MAKA Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.


Fəaliyyət istiqamətləri 

MAKA aerokosmik və müdafiə sənayesi sahələrinin inkişafını təmin etmək məqsədilə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılmasını, Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində hərbi təyinatlı məmulatların istehsalını, elmi-texniki tərəqqini sürətləndirmək üçün müdafiə sənayesi sahəsində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində tədqiqat və inteqrasiya işlərini, xarici dövlətlərin aerokosmik və müdafiə sənayesi sahələrində müxtəlif təşkilatları ilə tərəfdaşlıq əlaqələrinin qurulmasını, sahə üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi üçün tədris mərkəzlərinin yaradılması, doktorantura proqramı vasitəsilə elm və texnologiya sahələrində yüksəkixtisaslı elmi kadrların hazırlanmasını, respublikanın ali və orta-ixtisas təhsil müəssisələrində baza fakültə və şöbələrin təşkil edilməsini həyata keçirir.


İdarəetmə strukturu

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin 2007-ci il 11 aprel tarixli 127 nömrəli Əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Əsasnaməsi"nə edilən dəyişikliyə əsasən MAKA-nın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarətdir.


Əlaqə məlumatları

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 1

Tel/Fax: (012) 562 17 38

              Tel: (012) 562 04 51

E-mail: info@maka.gov.az

 

Oxşar yazılar

19.09.2025, 00:55

Azərsilah

19.09.2025, 00:34

Elmi-tədqiqat institutu

29.08.2025, 14:27

“Şərq İstehsalat Birliyi” MMC

20.08.2025, 15:10

“Aqreqat İstehsalat Birliyi” MMC

19.08.2025, 15:14

“Cihaz İstehsalat Birliyi” MMC

18.08.2025, 15:17

“Üfiq İstehsalat Birliyi” MMC

17.08.2025, 15:20

“Optika-Mexanika İstehsalat Birliyi” MMC

16.08.2025, 15:25

“Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC

16.08.2025, 15:23

“Texnika İstehsalat Birliyi” MMC

13.08.2025, 15:32

“Sosial Xidmətlər İdarəsi” MMC