“World Defence Show 2026” sərgisi çərçivəsində fəal müzakirələr aparılır
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” sərgisi davam edir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 10-da Səudiyyə Ərəbistanı Hərbi Sənaye Baş İdarəsinin sədri Əhməd bin Əbdüləziz əl-Ohali və müdafiə nazirinin icra işləri üzrə müavini Xalid bin Hüseyn Əl-Biyari, Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayev, Pakistan İslam Respublikası Müdafiə İstehsalatı Nazirliyinin katibi Məhəmməd Çıraq Hayder, həmçinin Amerika Birləşmiş Ştatlarının “General Dynamics”, “Teledyne-FLIR” və “Ansys” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və inkişaf perspektivləri müzakirə edilib.
Danışıqlar zamanı müasir dövrdə müdafiə sənayesinin təkcə istehsal gücü ilə deyil, eyni zamanda elmi əsaslar, innovativ texnologiyalar və çevik idarəetmə modelləri üzərində formalaşdığı vurğulanıb, sənaye ilə elm arasında əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Texnoloji yeniliklərin izlənilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və uyğunlaşdırılması bu sahənin dinamik inkişafı üçün vacib istiqamətlər kimi dəyərləndirilib. Eyni zamanda, beynəlxalq sərgilərin və forumların bu prosesdə mühüm rol oynadığı bildirilib.
Müzakirələr zamanı təcrübə mübadiləsinin institusional əsaslar üzərində qurulmasının əhəmiyyətinə toxunulub.
Tərəflər qarşılıqlı ünsiyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, “World Defence Show 2026” sərgisi fevralın 12-də başa çatacaq.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib