Əsas səhifə \ “ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçir...
01 okt, 2026 10:01

“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib


“ADEX-2026” və “Securex Caspian” sərgilərinin ilk günü Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Slovakiya Respublikası Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioaker, Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Liberiyanın milli müdafiə naziri Osvald Tve, Çexiya Respublikası müdafiə nazirinin müavini Radovan Viç, Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei və Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin baş direktoru Dmitri Şuqayev ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə qeyd edilən ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın cari vəziyyəti, elmi-tədqiqat və innovasiya, kadr hazırlığı sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı səfərlərin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı beynəlxalq müdafiə sərgilərində fəal iştirakın əhəmiyyəti qeyd edilib, tərəfləri maraqlandıran digər məsələlər ətrafında danışıqlar aparılıb.

Qeyd edək ki, “ADEX-2026” və "Securex Caspian" sərgiləri oktyabrın 2-dək davam edəcək.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

119

Oxşar yazılar