“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
“ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib. İclasda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və digər üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri iştirak ediblər.
Nazir V.Mustafayev icası açıq elan edərək tədbir iştirakçılarını salamlayıb, onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib.
O qeyd edib ki, iclasın “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə eyni vaxtda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız müzakirə aparmaq deyil, eyni zamanda ölkələrimizin real sənaye imkanlarını, texnologiyalarını və potensial tərəfdaşlarını bir məkanda görmək imkanı verir.
V.Mustafayev türk dövlətləri arasında münasibətlərin bu gün yüksək səviyyəli dialoq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində inkişaf etdiyini, müdafiə sənayesi sahəsində əməkdaşlığın bu münasibətlərin getdikcə daha praktik və strateji istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
İclasda kadr və mühəndislik potensialı, institusional əməkdaşlıq, birgə istehsal və sənayesi kooperasiyası, tədqiqat, inkişaf və yeni texnologiyalar istiqamətində müzakirələr aparılıb, təşkilatın Baş katibi və üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri çıxış ediblər.
Sonda TDT-yə üzv dövlətlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib.
Qeyd edək ki, TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il Türkiyənin İstanbul şəhərində "IDEF 2025" sərgisi çərçivəsində keçirilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
30.09.2026, 11:46
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri öz işinə başlayıb
30.09.2026, 09:51
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına
29.09.2026, 10:00
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin loqotipi yenilənib
27.09.2026, 14:06
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
22.09.2026, 18:30
Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə (ADEX) həsr olunmuş mətbuat konfransı keçirilib
21.09.2026, 16:41
“Sülh Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib