Vüqar Mustafayev Haluk Görgün ilə görüşüb
Avqustun 12-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
V.Mustafayev qardaş ölkənin nümayəndə heyətini yenidən Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
“TUSAŞ”, “ASFAT”, “HAVELSAN”, “ROKETSAN”, “BAYKAR”, “Makina ve Kimya Endüstri”, “REPKON Grup”, “ASELSAN” şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi geniştərkibli görüşdə Azərbaycan və Türkiyə arasında gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın uğurla davam edəcəyindən bəhs edilib.
V.Mustafayev qonaqları Azərbaycanın müasir müdafiə sənayesi sahəsindəki yeniliklər, əldə olunan nəticələr və gələcək planlar haqqında məlumatlandırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən H.Görgün Azərbaycanın müdafiə sənayesinin daha da inkişaf etməsi istiqamətində aparılan birgə fəaliyyətlərin önəmindən bəhs edib.
Görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub