Əsas səhifə \ Vüqar Mustafayev “Bayraktar Teknoloji Azerbaycan”...
11 apr, 2025 18:00

Vüqar Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin istehsal müəssisəsini ziyarət edib

Aprelin 11-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin istehsal müəssisəsini ziyarət edib. Nazir zavodun istehsal xətti və potensialı ilə yaxından tanış olub.

V.Mustafayev şirkət rəsmiləri və müəssisədə çalışan yerli gənc mütəxəssislərlə görüşüb. Nazir müəssisənin fəaliyyətinə və gənclərə uğurlar arzulayıb, onlara Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirib.

Sonda gənc mütəxəssislərlə xatirə şəkli çəkdirilib.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

2443

Oxşar yazılar