"Üfüq" İstehsalat Birliyinin "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin əsaslı yenidənqurmadan sonra açılışı oldu
5 mart 2010-cu il tarixində “Üfüq” İstehsalat Birliyinin “Dalğa” Elmi-İstehsalat Müəssisəsinin əsaslı yenidənqurmadan sonra açılışı oldu.
Açılışda respublika prezidenti cənab İlham Əliyev iştirak etdi.
İlk əvvəl müəssisənin həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə qoyulmuş büst ziyarət edildi. Sonra ulu öndərin fəaliyyətini dolğun əks etdirən foto guşəyə baxıldı. Burada, ulu öndərin respublikanın iqtisadiyyatının inkişafı, o cümlədən sənaye potensialının möhkəmləndirilməsi üçün həyata keçirdiyi kompleks tədbirlərə də geniş yer verilib.
Ölkə başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.
Müəssisənin əvvəlki vəziyyətini əks etdirən videosüjetə baxıldıqdan sonra dövlət başçısına müəssisə barədə ətraflı məlumat verildi. Bildirildi ki, 1936-cı ildə yaradılan “Dalğa” Elmi-İstehsalat Müəssisəsi keçmiş SSRİ-nin hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən biri olmuşdur. 1993-cü ildən 2005-ci ilə kimi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirən müəssisənin illik istehsal gücü 10-15 faizə enmişdi. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra nazirliyin tabeçiliyinə verilmiş müəssisənin fəaliyyətində dönüş yaranmış, işçilərin sayı qısa müddət ərzində 80-dən 220-yə çatdırılmışdır.
Son iki ildə müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, burada dünyanın ən inkişaf etmiş ölkələrinin dəzgah və avadanlıqları quraşdırılıb. Nəticədə qısa müddətdə müəssisə dövlət sifarişlərini yerinə yetirməklə yanaşı ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün də avadanlıq və ehtiyat hissələrinin istehsalına başlayıb. Buradakı 4 yeni istehsal sahəsində 140 – dan çox yeni iş yeri yaradılıb. Mexaniki emal sahəsində proqramla idarə olunan dəzgahlar quraşdırılıb, mürəkkəb konstruksiyaya malik məhsulların istehsalına başlanıb.
Yeni sınaq sahəsində quraşdırılan avadanlıqlar bütün hazır məhsulların yoxlanmasına imkan yaradır. İstehsal prosesi ən müasir standartlara cavab verir və ekoloji baxımdan təmizdir. Silahların təmiri və yığımı sahəsində də iş yerləri müvafiq texnoloji tərtibatlarla təmin olunub və il ərzində böyük miqdarda müasir məmulatların istismara verilməsinə imkan yaradılıb. Rabitə sistemlərinin təmiri və yığımı sahəsində mövcud rabitə sistemlərinin və onların antenalarının təmirinə başlanılıb, antenaların Avropa standartları səviyyəsində kütləvi istehsalı və yığımı qaydasına salınıb. Əlavə tədbirlər hesabına 3 il ərzində istehsalın həcmini on dəfələrlə artırmaq nəzərdə tutulub.
Müəssisədə Avropanın ən inkişaf etmiş ölkələrinin avadanlıqları əsasında yaradılan konveyer tipli akkumulyator xətti də həyata keçirilən mühüm yenidənqurma tədbirlərindəndir. Bu sahənin illik istehsal gücü 50 min akkumulyatordur. Bu akkumulyatorlar həm müdafiə, həm də mülki təyinatlıdır. 6 tipdə akkumulyatorun istehsalı xarici ölkə mütəxəssislərinin yaxından iştirakı ilə həyata keçirilir. Gələcəkdə bu məhsulların yeni növlərinin yaradılması nəzərdə tutulur və onlar iqtisadiyyatın müxtəlif sahələrində tətbiq ediləcək. Bu istehsal sahəsində iki növbəli iş zamanı 50 nəfər işlə təmin olunacaq. Müəssisənin ekoloji baxımdan təmiz fəaliyyətini təmin etmək üçün xüsusi avadanlıqlar da quraşdırılıb.
Açılışda iştirak edən respublika prezidenti cənab İlham Əliyev sonda görülmüş işlərdən razı qaldığını bildirdi və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
11.02.2026, 20:05
“World Defence Show 2026”: Beynəlxalq tərəfdaşlarla görüşlər davam etdirilir
11.02.2026, 09:24
“World Defence Show 2026” sərgisi çərçivəsində fəal müzakirələr aparılır
10.02.2026, 09:13
Vüqar Mustafayev “World Defence Show 2026” sərgisində bir sıra görüşlər keçirib
09.02.2026, 17:05
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” sərgisində iştirak edir
26.01.2026, 17:52
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
26.01.2026, 11:00
Hidayət Əzimov Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
22.01.2026, 15:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə
21.01.2026, 19:55
Vüqar Mustafayev Qabon Respublikasının milli müdafiə naziri ilə görüşüb
21.01.2026, 15:36
Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Türkiyədə işgüzar səfərdədir
19.01.2026, 16:42
Müdəfiə Sənayesi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib