Əsas səhifə \ "Telemexanika" zavodunda xəsarət alan işçilərin mü...
07 iyl, 2015 10:15

"Telemexanika" zavodunda xəsarət alan işçilərin müalicəsi davam etdirilir

İyulun 6-da "Telemexanika" zavodunun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat verilmişdir.

Rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi informasiya agentlikləri hadisə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış xəbərlər çatdırırlar. Bu, təəssüf doğurur.

Müdafiə Sənayesi Nazirliyi bir daha bildirir ki, hadisə zamanı xəsarət alan altı nəfər hazırda həkim nəzarəti altındadır.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

1561

Oxşar yazılar