“Suverenlik və Müdafiə Sənayesi: 20 ilin yolu” mövzusunda panel müzakirəsi təşkil edilib
Dekabrın 23-də Azərbaycan Texniki Universitetində “Konstitusiya və Suverenlik İli” və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 20 illik yubileyi münasibətilə “Suverenlik və Müdafiə Sənayesi: 20 ilin yolu” mövzusunda panel müzakirəsi təşkil edilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev və Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış ediblər.
Natiqlər Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında Konstitusiyanın və suverenliyin əsas rolundan, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasının əhəmiyyətindən, eləcə də bu siyasi xəttin möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından danışıblar.
Müzakirələrdə son 20 il ərzində Azərbaycanın müdafiə sənayesinin keçdiyi inkişaf yoluna nəzər salınıb, bu strateji sektorun formalaşdırılması, istehsal və texnoloji imkanların genişləndirilməsi, innovativ və yüksək texnologiyalı hərbi məhsulların istehsalının təşkili istiqamətində görülən işlər haqqında məlumat verilib. Qeyd olunub ki, müdafiə sənayesinin inkişafı ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaqla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə və elmi-texniki potensialın gücləndirilməsinə də əhəmiyyətli töhfə verir. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyi ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin ixtisaslı kadr potensialının formalaşdırılması və elmi-tədqiqatların təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Panel müzakirəsi çərçivəsində müdafiə sənayesində innovasiyaların tətbiqi, rəqəmsal texnologiyaların inteqrasiyası və gənc mütəxəssislərin bu sahəyə cəlb edilməsi məsələləri də müzakirə edilib.
Sonda tədbirdə iştirak edən Mudafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşına və təhsildə fərqlənən tələbələrə xatirə plaketləri təqdim olunub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib