“Süni intellekt: sənayedə tətbiqi, hüquqi aspektləri, beynəlxalq təcrübə” mövzusunda seminar keçirilib
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illiyi ilə bağlı təşkil olunan silsilə tədbirlər çərçivəsində noyabrın 21-də MSN-in Milli Aerokosmik Agentliyində (MAKA) “Süni intellekt: sənayedə tətbiqi, hüquqi aspektləri, beynəlxalq təcrübə” mövzusunda seminar keçirilib.
Seminarda MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin, (“Azərsilah” QSC) MAKA-nın və Elmi-Tədqiqat İnstitutunun aparıcı mütəxəssisləri, Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr və magistrları iştirak ediblər.
MAKA-nın baş direktor vəzifəsini müvəqqəti icra edən, baş direktorun birinci müavini Soltan Qasımov tədbiri açaraq, aktual elmi mövzulara həsr olunmuş belə seminarların keçirilməsinin əhəmiyyəti barədə danışıb.
Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin süni intellektin inkişafı, elmi potensialın gücləndirilməsi və yeni texnoloji həllərin genişləndirilməsi baxımından mühüm yol xəritəsi olduğunu vurğulayıb. A.Babayev son illərdə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi tərəfindən müdafiə sənayesində süni intellektin tətbiqi, tədqiqatların dəstəklənməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və kadr potensialının artırılması istiqamətində ardıcıl və sistemli işlər görüldüyünü qeyd edib.
Seminarda məruzəçilər “Müdafiə texnologiyaları və kibertəhlükəsizlikdə süni intellektin tətbiqi: çağırışlar, imkanlar və milli təhlükəsizlik perspektivləri”, “Süni intellekt sistemlərinin müdafiə sənayesində tətbiqi beynəlxalq təcrübədə”, “Süni intellektin tətbiqi: hüquq və insan hüquqları prizmasından. Beynəlxalq təcrübənin nəticələri”, “Biotibbi mühəndislik sahəsində süni intellekt texnologiyalarının tətbiqi: avtonom intellektual davranış modelləri” mövzularda təqdimatlarla çıxış ediblər.
Seminar interaktiv müzakirələrlə davam etdirilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib
05.05.2026, 19:19
“SAHA 2026” sərgisində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
05.05.2026, 10:41
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub