"Şərq" İstehsalat Birliyinin "İqlim" Elmi-İstehsalat müəssisəsində yeni istehsal sahələrinin açılışı oldu
5 mart 2010-cu ildə “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat müəssisəsində yeni istehsal sahələrinin açılışı oldu.
Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdi.
Əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə qoyulmuş büst ziyarət edildi.
Respublika prezidenti cənab İlham Əliyevə “İqlim” Elmi-İstehsalat Müəssisəsi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “İqlim” Elmi-İstehsalat Müəssisəsinin İSO 9001-2001 standartının tələblərinə uyğunluq sertifikatı vardır. Hal-hazırda müəssisəsinin yeni yaradılan istehsalat sahələrində müdafiə və mülki təyinatlı məhsullar hazırlanır, onların hissələrinin mexaniki emalı və qalvanik örtükləmə əməliyyatları yerinə yetirilir.
Prezident İlham Əliyev yeni yaradılan istehsalat sahəsini işə saldı.
Müəssisənin əvvəlki vəziyyətini əks etdirən videomateriallara baxıldı. Sonra müəssisədə hazırlanan “Zəfər”, “Zəfər-K”, “İnam” tapançalarının, “İstiqlal-1” snayper tüfəngləri və digər məhsulların yığım prosesləri izlənildi. İstehsal prosesini izləyən dövlət başçısına müəsisədə quraşdırılan müasir dəzgahlar barədə də məlumat verildi. Bildirildi ki, bu dəzgahlardan istifadə etməklə məhsulların keyfiyyətinin və çeşid sayının artırılmasına nail olunur.
Hazır məhsullarla tanış olan prezident İlham Əliyevə onların texniki-taktiki göstəriciləri barədə də ətraflı məlumat verildi. “Boran” artilleriya qurğusu, 14, 5 millimetrlik iriçaplı yarımavtomat, “İstiqlal” tipli snayper tüfəngi və digər məhsullar nümayiş etdirildi .
Daha sonra ən müasir avadanlıqlar quraşdırılmış xromlama sahəsi ilə tanışlıq oldu. Ali Baş komandana atış xətlərinin olduğu tir göstərildi. İstehsal edilən məhsulların sınağı üçün tirdə hərtərəfli şərait yaradılıb. Atış xətləri otaqlarında atışın dəqiqliyini, sürətini və digər göstəricilərini müəyyən edən xüsusi proqramlar yüklənmiş kompüterlər yerləşdirilib. Dövlət başçısı 14,5 mm çaplı snayper tüfənginin sınağını izlədi. Ali Baş Komandanın diqqətinə tüfəngin sınaq göstəricilərinin nəticələri çatdırıldı.
Ölkə başçısına müəssisədə yeni yaradılan müdafiə və mülki məhsulların istehsalı aparılan tökmə sahəsi ilə də bağlı məlumat verildi və sahəyə baxış oldu. Burada mülki məmulatlar arasında neft mədən sənayesində istifadə olunan avadanlığın istehsalı aparılır ki, bu avadanlıqar da özünün ekoloji cəhətdən təmizliyi ilə seçilir.
Termiki emal sahəsi ilə də tanışlıq oldu. Burada aparılan emal prosesləri barədə respublika prezidentinə ətraflı məlumat verildi.
Ümumilikdə müəssisə üzrə görülmüş işləri yüksək qiymətləndirən dövlət başçısı sonda öz tapşırıq və tövsiyələrini də verdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
21.04.2026, 14:06
“DSA 2026” sərgisində bir sıra görüşlər keçirilib
20.04.2026, 14:08
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb
03.03.2026, 12:20
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir