Şagirdlər üçün növbəti məlumat turu təşkil edilib
Müdafiə Sənayesi Nazirliyinin ölkənin müdafiə qabiliyyətinin artırılması, ordu quruculuğu sahəsində həyata keçirdiyi fəaliyyətə dair məlumatların gənc nəslə çatdırılması, onların iqtisadiyyatın ən aparıcı sahələrindən olan müdafiə sənayesinə marağının artırılması məqsədilə mütəmadi olaraq keçirdiyi görüşlər, konfranslar və məlumat turları çərçivəsində aprelin 7-də MSN-in təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində yerləşən bir neçə texniki təmayüllü tam orta məktəb və liseyin yuxarı sinif şagirdləri üçün Nazirliyin müəssisələrindən birində növbəti məlumat turu keçirilib.
Nazirliyin məsul əməkdaşları çıxış edərək Müdafiə Sənayesi Nazirliyinin yaradılması və fəaliyyəti, istehsal prossesi və qarşıda duran yeniliklər barəsində şagirdləri məlumatlandırıb, hərbi sənaye sahəsində hər zaman gənc mütəxəssislərin yetişdirilməsinə ehtiyac olduğunu vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan dövləti gənclərin intellektual potensialının artırılmasını, yüksək səviyyədə təhsil almalarını, onların sağlam və vətənpərvər ruhda böyümələrini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın əsl vətənpərvər, dövlətçiliyə, milli mənəvi dəyərlərimizə sadiq müasir Azərbaycan gəncliyinin yetişdirilməsi istiqamətində həyata keçirdikləri fəaliyyətin xalqımız tərəfindən yüksək qiymətləndirildiyi şagirdlərin diqqətinə çatdırılıb.
Daha sonra şagirdlər Müdafiə Sənayesi Nazirliyinin ən müasir tələblərə uyğun hazırlanmış sərgi salonunda Nazirliyin müəssisələrində istehsal edilən atıcı silahlar, onların ehtiyyat hissələri və sursatları ilə tanış olublar.
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev keçdiyi döyüş yolundan şagirdlərə bəhs edərək, 44 günluk Vətən Müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Nazirliyin Vətən müharibəsində 72 əməkdaşının böyük şücaət göstərdiyini, onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldiklərini, 7 əməkdaşın isə yaralanaraq qazi olduğunu şagirdlərin diqqətinə çatdırıb.
Sonda Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıqları əbədiləşdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabı qeyd edilən təhsil ocaqlarının kitabxanalarına hədiyyə edilib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib