Respublika Prezidenti cənab İlham Əliyevin iştirakı ilə nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunun əsaslı yenidənqurmadan sonra açılışı oldu
Mərasimdə iştirak edən ölkə başcısı açılışı bildirən lenti kəsdikdən sonra zavodun yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videokadrlara baxdı, müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə tanış oldu. Muzeydə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə tikilən müəssisələrin açılışlarını, ümumən, respublikanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri əks etdirən fotoşəkillər toplanmışdır.
Nazir Yavər Camalov prezidentə məlumat verərək bildirdi ki, 1972-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində əsası qoyulan bu zavod tezliklə o dövrün qabaqcıl müəssisələrindən birinə çevrilmişdi. Həmin illərdə burada müxtəlif növ mülki təyinatlı elektron tipli cihazlar istehsal edilir və ittifaqın 100-dən çox müəssisəsinə göndərilirdi. Zavodun yaradılması respublikamızda elektronikanın inkişafının təməlini qoymuş və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına zəmin yaratmışdı. Sovet İttifaqının dağılmasından sonra isə zavodun tənəzzül dövrü başlanmış və istehsal tamamilə dayanmışdı. Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında Fərmanının icrası ilə bağlı görülən tədbirlər zavoda ikinci həyat verdi.
Dövlət başçısı müəssisədə istehsal olunan məhsulların sərgisinə baxdı.
Nazirliyin digər müəssisələrində olduğu kimi, EHM zavodunda da əsaslı yenidənqurma işləri aparılmış, inkişaf etmiş ölkələrin ən müasir və dünya standartlarına cavab verən yüksək texnologiyaları quraşdırılmışdır.Zavod istehsalın həcmini ildən-ilə 25-30 faiz artırmaqla yeni növ məhsulların buraxılmasını qarşıya məqsəd qoyub. Bu məhsulların xaricə ixracı da nəzərdə tutulur. Son iki ildə müəssisə öz məhsullarını beynəlxalq sərgilərdə də uğurla nümayiş etdirir.
Prezident İlham Əliyev zirehli maşınların istehsalı sexində olan “Motodor” maşınının göstəriciləri ilə tanış oldu. Cənubi Afrika Respublikasının “Paramaunt qrup” şirkəti ilə müqaviləyə əsasən zavodda yığılan bu maşınlar texniki göstəricilərinə görə dünya standartlarına cavab verir. Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. “Paramaunt qrup”un prezidenti məlumat verdi ki, 14 nəfərlik “Matador”un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır. Uzunluğu 6,57 metr, eni 2,47 metr olan “Matador” mailliyi 60 dərəcə olan yoxuşu qalxa bilir.
Dövlətimizin başçısına xatirə hədiyyəsi olaraq “Matador”un maketi təqdim olundu.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib