Əsas səhifə \ Qubada keçirilən Yay Məktəbi başa çatıb
10 sen, 2026 17:02

Qubada keçirilən Yay Məktəbi başa çatıb

Qubada Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan Yay Məktəbi başa çatıb.

Üç gün davam edən Yay Məktəbinin əsas məqsədi gənclərin müdafiə sənayesi, müasir texnologiyalar və innovasiyalar sahəsində bilik və dünyagörüşünün genişləndirilməsi, onların yaradıcı və analitik düşünmə qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə də gələcəkdə yüksəkixtisaslı kadr kimi formalaşdırılmasına dəstək göstərilməsi olub. 

Proqram çərçivəsində iştirakçılar müxtəlif mövzularda keçirilən panel müzakirələrinə qatılıb, mütəxəssislərin fikir və təcrübələrini dinləyib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, gənclər arasında komanda ruhunun və əməkdaşlıq bacarıqlarının inkişafına xidmət edən intellektual oyunlar və digər interaktiv fəaliyyətlər təşkil olunub.

Tədbirin sonuncu günü Yay Məktəbinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Ziyarət zamanı kompleksin ərazisində ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, Yay Məktəbində iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

128

Oxşar yazılar