Nazirliyin tabeliyində olan "Radioquraşdırma" zavodunun əsaslı yenidənqurmadan sonra açılışı oldu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açılış mərasimində iştirak etdi.
Müdafiə Sənayesi Nazirliyi yaranana qədər zavodun cəmi bir neçə sexi qismən fəaliyyət göstərir, təsadüfi sifarişlər əsasında ildə 60-70 min manatlıq məhsul istehsal olunurdu. 2006-cı ilə qədər burada işçilərin sayı tamamilə azaldılmış, müəssisə tam bərbad vəziyyətə düşmüşdü. Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra bu müəssisədə də əsaslı dəyişikliklər baş verdi. Qısa müddət ərzində o, ölkənin qabaqcıl sənaye müəssisələrindən birinə çevrildi.
“Radioquraşdırma” zavodunun açılış mərasimində iştirak etmək üçün müəssisəyə gələn prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoydu.
Naziri Yavər Camalov ölkə başçısına bu müəssisə və ümumilikdə respublikanın müdafiə sənayesində 2006-cı ildən bəri görülmüş işlər barədə ətraflı məlumat verdi. Nazir bildirdi ki, vaxtilə zavodun bərbad vəziyyətdə olan ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri görülmüş, inzibati binalar əsaslı şəkildə təmir olunaraq səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Müəssisədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşə yaradılmış, 250 yerlik akt salonu da yenidən qurularaq müasir görkəm almışdır.
Dövlət başçısı açılışı bildirən lenti kəsdikdən sonra zavodla yaxından tanış oldu.
Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti sayəsində qısa müddətdə ölkənin müdafiə sənayesinin formalaşdırılması məqsədi ilə mühüm tədbirlər həyata keçirilmişdir. Ötən müddətdə nazirliyin tabeliyindəki müəssisələrdə 16 istehsal sahəsi istismara verilmiş, ən müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsulların kütləvi istehsalına başlanılmışdır. Dövlət başçısının tapşırıqlarına əsasən, 2009-cu il üçün investisiya proqramı çərçivəsində 17 obyekt üzrə tikinti və yenidənqurma işlərinə başlanması nəzərdə tutulur.
2007-2008-ci illərin Dövlət Müdafiə Sifarişi proqramında nəzərdə tutulan işlər başa çatdırılmış və istehsal olunan məhsullar silahlanmaya qəbul edilmişdir. Atıcı silahların, yaxın məsafəli döyüş vasitələrinin, artilleriya silahlarının kiçik seriyalarla istehsalı mənimsənilmiş və proqrama uyğun istehsal edilmişdir. Bundan başqa, böyük miqdarda müxtəlif çaplı döyüş sursatları istehsal edilərək sifarişçilərə çatdırılmışdır. Müdafiə sənayesi müəssisələrində mühəndis texnikası, döyüş və təlim sursatları, mühəndis xidməti və kəşfiyyat vasitələrinin istehsalı da təmin edilmişdir. 2008-ci ildə sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 2005-ci illə müqayisədə 6,1 dəfə artmışdır. Cari ildə isə 435 adda müdafiə təyinatlı məhsulların və onların ehtiyat hissələrinin istehsalı nəzərdə tutulur. Nazirliyin müəssisələrində buraxılmağa başlanacaq 7 növ müdafiə təyinatlı məhsulun istehsal sahəsinin yaradılması üçün texnoloji avadanlığın alınıb quraşdırılması 2009-cu ildə başa çatdırılacaqdır. Cari ildə müdafiə sənayesi müəssisələrində mülki məhsulların istehsalını da genişləndirmək üçün silsilə tədbirlər nəzərdə tutulur.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib