Əsas səhifə \ Nazir Yavər Camalov İran İslam Respublikasının müd...
11 okt, 2015 13:00

Nazir Yavər Camalov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general – mayor Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Oktyabrın 11-də nazir Yavər Camalov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general – mayor Əhməd Vəhidinin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul etdi.        

Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda keçirilən görüşdə nazir Yavər Camalov nümayəndə heyətinə nazirliyin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verdi.

Dostluq və mehribançılıq şəraitində keçən görüşdə iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair geniş fikir mübadiləsi aparıldı.

Nümayəndə heyətinin başçısı, general – mayor Əhməd Vəhidi səmimi qəbula görə minnətdarlığını bildirdi.

Görüşün sonunda nümayəndə heyəti Elektron Hesablayıcı Maşınlar və “Peyk” zavodları ilə yaxından tanış oldu, nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlardan təşkil olunmuş  sərgiyə baxdı.

Görüşdə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov və İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami də iştirak edirdilər.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

186

Oxşar yazılar