Müdafiə sənayesi üzrə müasir mühəndis kadr hazırlığı prioritetdir
Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Rektor Vilayət Vəliyev əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mühəndis kadr hazırlığı istiqamətində AzTU-da müasir tədris və təhsilin təşkili ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib.
Nazir müavini Hidayət Əzimov müdafiə sənayesi sahəsində ixtisaslı kadr hazırlığı, mütəxəssislərin təkmilləşdirilməsi və innovativ mühəndisliyin inkişaf etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. O, Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələri ilə AzTU arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edərək, tələbələrin nəzəri biliklərinin təcrübə əsasında möhkəmləndirilməsi üçün Nazirlik tərəfindən əlverişli şəraitin yaradıldığını bildirib.
Görüşdən sonra MSN-in nümayəndə heyəti AzTU-nun laboratoriyaları, emalatxanaları, layihələrin icra olunduğu təcrübi-tədris otaqları və KOB model müəssisəsi ilə tanış olub.
Daha sonra H.Əzimov ölkəmizin müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı əsasında AzTU-da yaradılan Xüsusi texnika və texnologiya fakültəsində təhsil alan bir qrup tələbə ilə görüşüb. Nazir müavini Azərbaycan dövləti tərəfindən ölkəmizin müdafiə sənayesinin davamlı inkişafına göstərilən diqqəti vurğulayıb. O, müasir hərbi məhsulların istehsalında əldə edilmiş nailiyyətlər haqqında danışıb, müdafiə sənayesi üçün zəruri ixtisaslarda peşəkar kadr hazırlığı işinin daha da təkmilləşdirilməsi üzrə MSN tərəfindən aparılan məqsədyönlü fəaliyyət barədə məlumat verib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub