Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
Aprelin 15-də Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyə Respublikasının Gəbzə Texniki Universiteti (GTU) arasında birgə materiallar mühəndisliyi ixtisasının enerji və enerji tutumlu materiallar ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsinə dair protokol imzalanıb.
AzTU-da təşkil olunmuş tədbirdə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, elm və təhsil nazirinin müavini İdris İsayev, AzTU-nun rektoru Vilayət Vəliyev, GTU-nun rektoru Hacı Ali Mantar, professor və müəllim heyəti, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.
Sənəd Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında mövcud olan müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində imzalanıb.
İkili diplom proqramı haqqında protokolda müdafiə sənayesi üçün mühəndis kadr hazırlığının gücləndirilməsi, universitet-sənaye əlaqələrinin inkişafı, elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətlərinin praktiki icrası nəzərdə tutulub.
V.Vəliyev və H.A.Mantar tərəfindən imzalanan sənəddə qeyd olunan proqram ölkədə yüksək texnologiyalar və müdafiə sənayesi üzrə insan kapitalının inkişafına, ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib
05.05.2026, 19:19
“SAHA 2026” sərgisində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
05.05.2026, 10:41
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub