Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirildi
İclasın əvvəlində kollegiyaya sədrlik edən nazir Yavər Camalov bildirdi ki, 9 oktyabrda keçirilən prezident seçkilərində İlham Əliyevin yüksək səs çoxluğu ilə mütləq qələbə qazanması bir daha sübut etdi ki, Azərbaycan xalqı bu seçkidə də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkədə sabitliyin, əmin-amanlığın, dinamik inkişafın təminatçısı olan layiqli namizədi özünə prezident seçdi. Nazir bu münasibətlə Respublika Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi.
Kollegiya üzvləri Yavər Camalovu yenidən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunması münasibətilə təbrik etdilər. Yavər Camalov öz növbəsində ona göstərilən etimada görə Respublika Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.
Kollegiyada nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edildi.
Bildirildi ki, hesabat dövründə tabeli müəssisələrdə 2013-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.
Cari ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,5 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,8 dəfə artmışdır. Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 105 faiz əməl olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məmulatların istehsalında 41 faiz artım əldə edilmişdir. İstehsal olunmuş məhsulların ümumi həcminin 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki təyinatlı məhsullar təşkil etmişdir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötmüşdür.
2013-cü ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilmişdir. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi tədqiqat və və təcrübi konstruktor işləri uğurla aparılır.
Kollegiyada 2014-cü ildə Azərbaycanda keçiriləcək “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı aparılan işlərdən də danışıldı. Bildirildi ki, “ADEX-2014” sərgisi ilə bağlı aidiyyəti dövlət qurumlarının məsul şəxslərindən ibarət yardılmış Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir. İclasda sərginin təşkili ilə bağlı geniş müzakirələr aparılmışdır.
Fəaliyyətə başladığı gündən bir çox beynəlxalq və milli sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin sentyabrın 15-dən oktyabrın 17-dək Bakıda keçirilən “Azərbaycan 10 ildə” sosial-iqtisadi inkişaf dövlət proqramlarının icrası sərgisində təmsil olunmuş və nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə və mülki təyinatı məmulatları nümayiş etdirmişdir. Nümayiş etdirilən məmulatlar böyük maraqla qarşılanmışdır.
İclasda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi.
Kollegiya iclasında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirdi. Nazir Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə xüsusi göstərişlər verdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
21.04.2026, 14:06
“DSA 2026” sərgisində bir sıra görüşlər keçirilib
20.04.2026, 14:08
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb
03.03.2026, 12:20
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir