Müdafiə Sənayesi Nazirliyinin etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı illik hesabatı
Müdafiə Sənayesi Nazirliyi tərəfindən 2014-cü il ərzində etik davranış qaydalarının təkmilləşdirilməsi istiqamətində görülmüş işlərə dair hesabat hazırlanmışdır.
Hesabatda bildirilir ki, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 10-cu bəndinin icrasını təmin etmək məqsədilə nazirlik tərəfindən dövlət qulluqçularının etik davranış qaydalarının təkmilləşdirilməsi üçün mütəmadi olaraq treninqlər keçirilmiş, nazirliyin aparatında çalışan dövlət qulluqçularının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın aidiyyəti seminar-treninqlərində iştirakı təmin edilmişdir.
Qeyd olunan treninqlərdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi kimi məsələlərə dair maarifləndirmə işləri aparılmış, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tənbeh tədbirləri barədə treninq iştirakçılarına ətraflı məlumatlar verilmişdir.
Etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi daim diqqət mərkəzində saxlanılmış, bununla əlaqədar nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə və əməkdaşlarına xüsusi tapşırıqlar verilmişdir.
Hesabatda etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə görülmüş işlərdən ətraflı bəhs edilir, bildirilir ki, bu məqsədlə nazirliyin internet saytında «Etik davranış» adlı xüsusi bölmə və qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizminin asanlaşdırılması üçün «Etik şikayət» adlı alt bölmə yaradılmış, eyni zamanda, həmin səhifədə qeyd olunan bölmələrdən istifadə qaydaları, habelə, nazirliyin 28 avqust 2007-ci il tarixli, 300 nömrəli Əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları haqqında Əsasnamə» yerləşdirilmişdir.
Müdafiə Sənayesi Nazirliyinin «Etik davranış qaydalarının uyğunluğuna nəzarət və onun təhlilini aparan məsul şəxsin (etik müvəkkilin) təyin edilməsi barədə» 28 fevral 2011-ci il tarixli, 21 nömrəli Əmri ilə nazirlikdə çalışan dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edən və onun təhlilini aparan məsul şəxs (etik müvəkkil) təyin edilmiş, ona nazirliyin aparatında çalışan dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməsi və bununla bağlı təhlillərin aparılması tapşırılmışdır.
Etik müvəkkil, normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq, etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq treninqlərin təşkil edilməsində, görülmüş işlərə dair illik hesabatların hazırlanmasında bilavasitə iştirak edir, etik davranış qaydaları ilə əlaqədar pozuntular və tətbiq edilən intizam tənbehi tədbirləri barədə ümumiləşdirilmiş məlumatlar hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim edir.
Hesabatda həmçinin «Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları»nın icrası ilə əlaqədar olaraq, hər il üçün ayrıca «İş planları» hazırlanaraq nazirliyin müvafiq əmrləri ilə təsdiq edildiyi qeyd olunur. Bildirilir ki, həmin planlara uyğun olaraq, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkil edilməsi, ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi, dövlət qulluqçularının peşəkarlığının artırılması, maraqların toqquşmasının qarşısının alınması, habelə dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi treninqlərin təşkil edilməsi, etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi, etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması və digər məsələlərlə əlaqədar məqsədyönlü işlər həyata keçirilmiş, görülən işlər barədə aidiyyəti dövlət orqanlarına hesabatlar təqdim edilmişdir.
Hesabatda 2014-cü il ərzində etik davranış qaydalarının pozulması ilə bağlı hər hansı bir şikayətin olmadığı da bildirilir.
Etik davranış qaydalarının təkmilləşdirilməsi ilə əlaqədar görülmüş işlərə dair illik hesabat qanunvericiliyin tələblərinə uyğun olaraq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilmişdir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
21.04.2026, 14:06
“DSA 2026” sərgisində bir sıra görüşlər keçirilib
20.04.2026, 14:08
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb
03.03.2026, 12:20
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir