Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə əsası qoyulmuş 17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı Müdafiə Sənayesi Nazirliyində təntənəli şəkildə qeyd olunub. Bu əlamətdar gün münasibətilə nazirliyin əməkdaşları Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Eyni zamanda oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Nazirliyin kollektivi daha sonra Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Tədbirin rəsmi hissəsi nazirliyin akt zalında Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Nazir Mədət Quliyev mərasimdə çıxış edərək bütün şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin SSRİ dağılmamışdan əvvəlki dövrlərdə də gələcək müstəqil Azərbaycan dövlətinin yaranmasını düşünərək respublika həyatının bütün sahələrində əvəzsiz işlər gördüyünü xüsusi qeyd edən nazir Mədət Quliyev bugünkü güclü Azərbaycan Respublikasının təməlində Ulu Öndərimizin Vətəninə və xalqına olan sevgisinin dayandığını bildirib. Mədət Quliyev qeyd edib ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasında xaos və anarxiyanın hökm sürdüyü ağır dövrdə böyük xilaskar Heydər Əliyev xalqını tək qoymayaraq Bakıya gəlmiş və göstərdiyi misilsiz xidmətlər sayəsində ölkənin möhkəmlənməsi və dünyada tanınması üçün var qüvvəsi ilə çalışmışdır. Nazir Ulu Öndərin layiqli davamçısı, müasir dövrün yeni lideri olan ölkə başçısı İlham Əliyevin rəhbərliyi dövründə dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə çoxsaylı uğurlara imza atdığını, Azərbaycanın regionda güc sahibinə çevrildiyini və beynəlxalq nüfuzunun artdığını vurğulayıb. Bu il Müdafiə Sənayesi Nazirliyinin yaranmasından 14 il keçdiyini qeyd edən nazir Mədət Quliyev cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis- texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verildiyini vurğulayıb. Daha sonra Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan qabaqcıl işçilər döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr və pul ilə mükafatlandırılıb.
Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib