Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “Lentatek” şirkəti arasında işgüzar görüş keçirilib
Martın 14-də Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “Lentatek” şirkəti arasında öncədən imzalanmış memoranduma dair görüş keçirilib. Elmi-Tədqiqat İnstitutunda baş tutan qarşılıqlı görüşdə, MSN ETİ-nin direktoru Prof. Mürsəl Əliyev, “Lentatek Uzay Havacılık ve Teknoloji Anonim Şirket”inin Hidrogen və yanacaq elementləri üzrə texnologiyalar koordinatoru İbrahim Pamuk və hər iki tərəfin aparıcı mütəxəssisləri iştirak ediblər.
Əməkdaşlığa dair imzalanan memoranduma əsasən elmi tədqiqatların aparılması, “alternativ enerji” nin əldə olunması məqsədilə üç istiqamət müəyyən olunub və icrası üçün yol xəritəsi hazırlanıb. Qeyd olunub ki, ortaq layihə işləri müəyyən olunmuş koordinatorlar tərəfindən həyata keçiriləcək və razılaşdırılmış iş planına uyğun olaraq texniki heyətin tərkibi təyin olunacaqdır. Dövrü olaraq ləyihələrin irəliləmə hesabatları tərəflər arasında mübadilə edildikdən sonra əldə olunan nəticələr koordinatorlar tərəfindən təşkil edilən müştərək iclaslarda müzakirə ediləcəkdir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub