Müdafiə Sənayesi Nazirliyində Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib
27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati ərazisində Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə müdafiə sənayesi naziri Mədət Quliyev, Milli Qəhrəmanlar, Nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları, şəhid olmuş işçilərin ailə üzvləri və digər rəsmi qonaqlar iştirak ediblər.
Memorial abidə kompleksinin rəsmi açılışından sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin erməni təcavüzkarlarının növbəti dəfə atəşkəsi pozmalarına cavab olaraq Azərbaycan Ordusuna “İrəli!” əmrini verdiyi 27 sentyabr tarixinin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu söyləyib. Nazir bildirib ki, dövlətimizin başçısının xalqa müraciətindən sonra milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Səfərbərlik Xidmətinə üz tutaraq müharibədə könüllü iştirak etmək istəyini bildirməsi təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətə inamın və etibarın təntənəsi idi. “Mən dünyada ikinci bir xalq tanımıram ki, əlinə silah alıb bu cür ruh yüksəkliyi ilə könüllü müharibəyə getməyə can atsın”, - deyə Mədət Quliyev qeyd edib.
Çıxışı zamanı nazir Ordumuzun şanlı qələbəsi ilə başa çatmış Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin 72 əməkdaşının böyük şücaət göstərdiyini, onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldiklərini, 7 əməkdaşın isə yaralanaraq qazi olduğunu nəzərə çatdırıb.
Daha sonra Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşı Nicat Hüseynovun anası Zümrüd Hüseynova və Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Təhməz Əlizadə çıxış ediblər. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqdan bəhs edərək, İkinci Qarabağ müharibəsindəki qələbəmizin tarixdə əbədi qalacağını fərəh hissi ilə vurğulayıblar. İstər 44 gün ərzində, istərsə də müharibədən sonrakı dövrdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə bütün şəhid və qazi ailələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, eləcə də Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Vətən müharibəsində şücaət göstərmiş şəhid və qazi əməkdaşlar müdafiə sənayesi nazirinin əmri ilə Fəxri fərman və mükafatlara layiq görülüblər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib