Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı tədbir keçirilib
Aprelin 4-də Müdafiə Sənayesi Nazirliyində (MSN) şöbə və sektor müdirlərinin, həmçinin Nazirliyin tabeli birlik və müəssisələrinin aidiyyəti əməkdaşlarının iştirakı ilə Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini də daim diqqətdə saxladığını vurğulayıb. O bildirib ki, Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider ana dilimizi - Azərbaycan dilini özümüzə qaytarıb.
Nazir müavini diqqətə çatdırıb ki, Ulu Öndərin 2001-ci il 18 iyun tarixli Fərmanına əsasən, həmin il avqustun 1-dən ölkəmizdə latın qrafikasına tam keçidin təmin edilməsi bütün sahələrdə bu istiqamətdə əhəmiyyətli işlər görülməsinə səbəb olub. Dahi rəhbərin 2001-ci il avqustun 9-da imzaladığı Fərmanla isə avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu Fərmanın qəbul edilməsindən təqribən 1 il keçəndən sonra dünyamiqyaslı siyasətçi Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” (2002-ci il sentyabrın 30-da) Qanun işıq üzü görüb. Bu, milli sərvətimiz sayılan Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə, onun tətbiqinə, inkişaf etdirilməsinə, saflığının qorunmasına münbit şərait yaradılmasına səbəb olan tarixi sənəddir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Azərbaycan dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına önəm verən dövlətimizin başçısı qeyd edib: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər, həm də milli ideologiyanın - azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla, eyni zamanda milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu Sərəncam əlifba ilə bağlı problemləri tamamilə həll edib. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olunub. Dövlət başçısının sonrakı Sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirib.
Eyni zamanda, tədbirdə sənədlərin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanması və sənədləşmə işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun aparılması barədə Nazirliyin əməkdaşlarına müvafiq tövsiyyələr verilib, ədəbi dilin forma və mərhələləri, Azərbaycan dilinin norma və üslubları, xüsusilə rəsmi yazışmalarda istifadə olunan rəsmi-işgüzar üslub qaydaları barədə çıxışlar dinlənilib.
Sonda Nazirliyin əməkdaşlarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib