Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı: 20 illik inkişaf yolu
17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı və Nazirliyin yaradılmasının 20 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə müdafiə sənayesi naziri Vüqar Mustafayev və Nazirliyin əməkdaşları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə gül dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Tədbir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında geniş tərkibdə davam etdirilib. Rəsmi hissənin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra MSN-in 20 illik fəaliyyətini əks etdirən “Dəmirin səsi” adlı film nümayiş olunub.
Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Vüqar Mustafayev peşə bayramı və MSN-in yaradılmasının 20 illik yubileyi ilə əlaqədar Nazirliyin kollektivini təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Nazir bildirib ki, müasir dövrdə müdafiə sənayesi artıq yalnız silah və hərbi texnika istehsalı ilə məhdudlaşmır, elmi-texnoloji inkişafın, insan kapitalına yatırılan sərmayələrin və milli iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilib. O qeyd edib ki, son 20 ildə iqtisadi cəhətdən güclənən Azərbaycan bu sahədə milli maraqlara əsaslanan, müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub.

Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib