Müdafiə Sənayesi Nazirliyi gənclər üçün infotur təşkil edib
Fevralın 22-də Müdafiə Sənayesi Nazirliyi (MSN) və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə MSN-in müəssisələrindən birinə gənclər üçün infotur təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət siyasətimizin prioritet istiqamətlərindən biri olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərə yaxından dəstək olmaq, onların müdafiə sənayesi sahəsinə və innovativ mühəndisliyə maraqlarının artırılması məqsədilə keçirilən tədbirə MSN-in və Azərbaycan Gənclər Fondunun rəhbər şəxsləri, məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, könüllülər, həmçinin respublikanın gənclər təşkilatları və ictimai birliklərinin 60-a yaxın üzvü qatılıblar.
Əvvəlcə tədbir iştirakçıları müəssisənin inzibati ərazisində ucaldılmış müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Ardınca gənclər Heydər Əliyev muzeyində Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
İnfotur çərçivəsində MSN-in müəssisələrində istehsal edilən müxtəlif atıcı silah və sursat, eləcə də müasir texnoloji məmulat nümunələrindən ibarət sərgi salonunda iştirakçılara yerli müdafiə təyinatlı məmulatlar haqqında geniş məlumatlar verilib, onların çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
MSN-in və Azərbaycan Gənclər Fondunun rəhbər şəxsləri gənclərə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin müdafiə sənayesinin yaradılmasında və inkişafındakı misilsiz xidmətləri, Onun rəhbərliyi ilə əldə olunan uğurlar, aparılan işlər haqqında danışıb, gənclərin bu sahəyə marağının daha da artırılmasının önəmindən bəhs ediblər.
Sonda iştirakçılar müdafiə sənayesi naziri Vüqar Mustafayevə bu cür maarifləndirici turların təşkilinə görə minnətdarlıqlarını bildirib və belə tədbirlərin davamlı olmasını arzuladıqlarını ifadə ediblər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib