Müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demiri qəbul edib
30 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirin başçılıq etdiyi geniş nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını qonağın diqqətinə çatdıran Mədət Quliyev iki qardaş ölkə arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Nazir xalqımızın möhtəşəm qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin hər an yanımızda olduğunu xatırladaraq dost ölkənin dövlətimizə verdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymətləndirdiyini söyləyib.
Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaratdığını qeyd edib.
Sonda Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir səmimi qəbula görə nazir Mədət Quliyevə təşəkkürünü bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
08.11.2026, 13:45
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb