MSN yuxarı sinif şagirdləri üçün növbəti infotur təşkil edib
Müdafiə Sənayesi Nazirliyi (MSN) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə martın 6-da MSN-in müəssisələrindən birinə 189-190, 202 və 214 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri üçün infotur təşkil edilib.
Vətənpərvər, azərbaycançılıq məfkurəsinə və milli mənəvi dəyərlərə sadiq, geniş dünyagörüşlü gəncliyin yetişdirilməsi, onların müdafiə sənayesi sahəsinə maraqlarının artırılması məqsədilə keçirilən tədbirdə MSN-in rəhbər şəxsləri, məsul əməkdaşları, müəllimlər və 30-dan çox şagird iştirak edib.
Tədbir iştirakçıları müəssisənin inzibati ərazisində ucaldılmış müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
Ardınca onlara MSN-in müəssisələrində istehsal edilən müxtəlif atıcı silah və sursat, eləcə də müasir texnoloji məmulat nümunələrindən ibarət sərgi salonunda Azərbaycan silahı haqqında ətraflı məlumatlar verilib.
MSN-in mütəxəssisləri ilə görüşdə şagirdlərə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müdafiə sənayesinin inkişafı, Vətən müharibəsində Azərbaycan silahının düşmənə öz gücünü və qüdrətini əməli döyüş şəraitində göstərməsi haqqında danışılıb, şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Müəllimlər və şagirdlər tədbirin əhəmiyətini yüksək qiymətləndirib, belə infoturların davamlı olmasını arzuladıqlarını bildiriblər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub