MSN-in əməkdaşları SDU-nun tələbələri ilə görüşüb
Mayın 21-də Müdafiə Sənayesi Nazirliyi (MSN) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə “Azərbaycanın müasir müdafiə sənayesi” mövzusunda tələbələrlə görüş keçirilib.
Tədbirdə müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, MSN-in şöbə müdiri, Əməkdar mühəndis Məmmədsaleh Əliyev, Nazirliyin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, SDU-nun prorektoru Elmar Xəlilov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
İlk olaraq ölkəmizin müdafiə sənayesindən bəhs edən videoçarx nümayiş etdirilib.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti dövründə Azərbaycanın gələcək inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərdən danışılıb, ölkəmizin müdafiə sənayesinin formalaşdırılması məqsədilə apardığı ölçüyəgəlməz uğurlu işlərdən bəhs edilib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Respublikamız bütün sahələrdə intibah mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin misilsiz xidmətləri və həyata keçirdiyi uğurlu islahatlar sayəsində bugün ölkəmizin müdafiə sənayesi müasir tələblərə uyğunlaşdırılıb və dünyada Azərbaycan silahının nüfuzu günbəgün yüksəlir.
Vurğulanıb ki, Azərbaycanda istehsal edilən hərbi təyinatlı məhsulların çeşidinin artması ilə Milli Ordu ən müasir silah növləri ilə təchiz edilir. Ölkəmizin müdafiə sənayesinin dünyada getdikcə şöhrəti artan hərbi texnika, müasir silah-sursat və pilotsuz uçuş aparatları 44 günlük Vətən müharibəsində və Qarabağ iqtisadi rayonunda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə öz gücünü və qüdrətini əməli döyüş şəraitində bir daha göstərib və tarixi Zəfərin qazanılmasına layiqli töhfəsini verib.
Bildirilib ki, MSN vətənpərvər, azərbaycançılıq məfkurəsinə və milli mənəvi dəyərlərə sadiq, geniş dünyagörüşlü gəncliyin yetişdirilməsi, onların müdafiə sənayesi sahəsinə maraqlarının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. Nazirlik gənclərə intellektual səviyyələrini artırmaları, innovativ mühəndislik üzrə aparıcı qüvvə kimi formalaşmaları, nəzəri biliklərin praktiki təcrübə ilə vəhdəti əsasında xüsusi bacarıqlarını daha da yüksəltmələri məqsədilə hərtərəfli şərait yaradır.
Sonra MSN-in əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.
Tədbirdən sonra SDU-nun rektoru Rüfət Əzizov MSN-in əməkdaşları ilə görüşərək onları universitetin daxilində yerləşən Elektroenergetika Tədris Muzeyi, İnnovasiya Yaradıcılıq Mərkəzi və laboratoriyalar ilə tanış edib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub