MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfəri başa çatıb.
Səfərin sonuncu günü - martın 3-də Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd müdafiə sənayesi üzrə elm, təhsil və digər sahələri əhatə edir.
Anlaşma Memorandumunu Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov və Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini Hakan Karataş imzalayıblar.
Tərəflər bildiriblər ki, imzalanan sənəd iki qardaş ölkə arasında müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın daha da genişlənməsinə, birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verəcək. Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bundan sonra da bütün sahələrdə, o cümlədən müdafiə sənayesi istiqamətində uğurla inkişaf etdiriləcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib