Mədət Quliyev “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin də iştirak etdiyi Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı davam edir.
Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı nazirinin müavini Azamat Beysbekov ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Qazaxıstan Respublikası arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb.
Nazir Mədət Quliyev daha sonra BƏƏ-nin "Calidus" LLC şirkətinin rəhbəri Farij Mohammad ilə görüşüb. Görüşdə qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, digər maraq doğuran məsələlər haqda danışılıb.
Qeyd edək ki, “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub