MAKA-da Zəfər Günü qeyd olunub
Noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyində (MAKA) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə iştirakçılar şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.
Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Sonra Zəfər Günü ilə əlaqədar videoçarx nümayiş edilib.
Tədbirdə MAKA-nın baş direktor vəzifəsini müvəqqəti icra edən, baş direktorun birinci müavini Soltan Qasımov, Əməkdar mühəndis Məmmədsaleh Əliyev, MAKA-nın şəhid olmuş əməkdaşı Nurlan Zeynalovun atası Rəfail Zeynalov və Vətən müharibəsində iştirak etmiş əməkdaşları çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə olunan tarixi Qələbənin əhəmiyyətindən, Ordumuzun qəhrəmanlığından və xalq-dövlət birliyinin yaratdığı sarsılmaz gücdən bəhs olunub. Qeyd edilib ki, bu Qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qürur mənbəyinə çevrilib.
Həmçinin vurğulanıb ki, 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olunub, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri zərərsizləşdirilib. Bu tədbirlər nəticəsində Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha təsdiqləyib və regionda təhlükəsizlik mühitinin möhkəmlənməsinə nail olub.
Vətən müharibəsindən sonra azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, təhlükəsizliyin təmin olunması və dövlətimizin ərazi bütövlüyünün daha da möhkəmləndirilməsi istiqamətində atılan addımların möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin parlaq təzahürü olduğu bir daha diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycanın dövlətçilik tarixinin və hərb salnaməsinin şərəfli səhifəsini təşkil edən Vətən müharibəsindəki şanlı Zəfərin qazanılmasına MSN öz layiqli töhfələrini verib. Nazirliyin fədakar kollektivi gücləndirilmiş iş rejimində çalışıb, Azərbaycan Silahlı Qüvvələrinin müasir silah-sursat, döyüş texnikası və pilotsuz uçuş aparatları ilə fasiləsiz təchizatını təmin edib. Vətən müharibəsi zamanı MSN-in əməkdaşları torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib, üç nəfər şəhidlik zirvəsinə ucalıb, 72 nəfər qazi olub.
Sonda tədbir iştirakçıları bir daha vurğulayıblar ki, şanlı Zəfərimiz hər birimiz üçün qürur mənbəyi, xalqımızın birlik və həmrəyliyinin ən böyük sübutudur. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevinin sarsılmaz iradəsi və müdrik rəhbərliyi ilə Azərbaycan daha da güclü və inkişaf etmiş ölkə kimi dünyada layiqli yerini möhkəmləndirəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib