“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində MSN-in Milli Aerokosmik Agentliyində (MAKA) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Konfransda müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, MAKA-nın baş direktor vəzifəsini müvəqqəti icra edən, baş direktorun birinci müavini Soltan Qasımov, MSN-in və MAKA-nın bir sıra əməkdaşları çıxış ediblər.
Çıxışlarda 2025-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qazanılan şanlı Zəfərin 5-ci ilinin tamam olduğu vurğulanaraq, dövlətimizin hüquqi və hərbi-siyasi sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edilib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsi ilə qəbul olunması müstəqil dövlətimizin hüquqi əsasını formalaşdırdı, demokratik, hüquqi və dünyəvi dövlətin bərqərar olmasına möhkəm zəmin yaratdı.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin beynəlxalq arenada apardığı uğurlu siyasi mübarizə və güclü sərkərdəliyi ilə rəşadətli Silahlı Qüvvələrimiz tərəfindən Vətən müharibəsində qazanılan tarixi Qələbə və Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olundu.
Tədbirdə MSN-in fəaliyyətindən, son illərdə müdafiə sənayesi sahəsində əldə olunan uğurlardan, milli müdafiə potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən danışılıb, bu sahədə yerli istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün atılan addımlar yüksək qiymətləndirilib.
Sonda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar film nümayiş olunub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb
03.03.2026, 12:20
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir
26.02.2026, 17:00
MSN-in kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
19.02.2026, 10:27
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
13.02.2026, 11:25
MSN və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
11.02.2026, 20:05
“World Defence Show 2026”: Beynəlxalq tərəfdaşlarla görüşlər davam etdirilir