Əsas səhifə \ “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndir...
17 iyn, 2026 15:45

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində iyunun 17-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşları üçün “İnsan hüquqlarının əsas prinsipləri: bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi” mövzusunda maarifləndirici təlim keçirilib.

Nazirliyin inzibati binasında təşkil olunan təlim zamanı MSN-in Hüquq şöbəsinin əməkdaşları tərəfindən insan hüquqlarının universallığı və qorunması, bərabərlik prinsipi, ayrı-seçkiliyin yolverilməzliyi, eləcə də dövlət qulluqçularının bu sahədə məsuliyyətinə dair milli hüquqi mexanizmlər barədə ətraflı məlumat verilib. Təlimdə, həmçinin vətəndaşlarla münasibətlərdə qanunçuluq, obyektivlik, şəffaflıq və etik davranış qaydalarına riayət olunmasının əhəmiyyəti vurğulanıb və əməkdaşların sualları cavablandırılıb. Tədbir müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, təlim əməkdaşların insan hüquqları sahəsində məlumatlılığının artırılması və bu sahədə əldə olunan biliklərin onların gündəlik fəaliyyətlərində tətbiqinin təşviq edilməsi məqsədini daşıyır.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

214

Oxşar yazılar