İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin geniş tərkibdə görüşü keçirilib
İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin geniş tərkibdə görüşü keçirilib.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Hörmətli cənab Baş nazir, mənim əziz qardaşım və hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə qəbul etməyə çox şadam. Mənim dəvətimi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm. Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub. Biz elə indicə cənab Baş nazirlə ikitərəfli münasibətlərimizin geniş gündəliyini müzakirə etdik və bir daha ölkələrimizin suverenliyinə, ərazi bütövlüyünə güclü dəstəyimizi ifadə etdik. Mən cənab Baş nazirə Azərbaycanın ərazi bütövlüyünə və işğal vaxtında, İkinci Qarabağ müharibəsində və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra göstərilmiş dəstəyə görə minnətdarlığımı bildirdim. Biz Kəşmir məsələsində Pakistanın mövqeyini ciddi dəstəklədiyimizi bir daha ifadə edirik və bütün beynəlxalq təsisatlarda bu mövqeyi açıq şəkildə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik.
Bu gün biz ticarət və iqtisadi əməkdaşlığımıza, enerjiyə, daşımalara, müdafiə sənayesinə aid mühüm məsələləri geniş şəkildə müzakirə etdik. Biz bu formatda müzakirələrimizi davam etdirəcəyik. Əminəm ki, səfər nəticəsində müxtəlif sahələr üzrə yeni əməkdaşlıq proqramını işləyib hazırlayacağıq və o, bizim tərəfdaşlığımızı daha da gücləndirəcək.
Cənab Baş nazir bir daha xoş gəlmisiniz.
x x x
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif dedi:
-Təşəkkür edirəm, mənim qardaşım Prezident İlham Əliyev. Sizinlə bir daha görüşmək mənim üçün böyük şərəfdir. Burada əyləşənlər qardaş və bacılardır. İcazə verin, əvvəlcə bunu deyim, mənim qardaşım Baş nazir Nəvaz Şərif mənə dünən dedi ki, siz Bakıya gedəcəksiniz, mənim səmimi salamlarımı qardaşım Prezident Əliyevə çatdırın. O dedi ki, Şahbaz, Bakını görmək səndə böyük təəssürat yaradacaq. Cənab Prezident, bu, məndə, sadəcə təəssürat yaratmayıb, dərin təəssürat yaradıb. Mənim ötən gecədən etibarən gördüklərim Sizin baxışınızı, liderliyinizi və bu illər ərzində ölkənizi qurmaq üçün göstərdiyiniz dinamik səyləri əks etdirir. Mən ziddiyyətdən çəkinməyərək deyə bilərəm ki, indiyədək Bakıda gördüklərimin müqayisəsini apara bilərəm. Siz bu şəhəri dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə edə bilərsiniz. Burada heç bir mübaliğə yoxdur. Mənim gündəlik üzrə qaldırmağı nəzərdə tutduğum məsələlərdən biri o idi ki, istəyirdim ən yaxşı landşaft mütəxəssislərini Pakistana göndərəsiniz. Landşaft gözəldir, mənə inanın, mən heyran olmuşam.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Baş nazir Məhəmməd Şahbaz Şərif: Bu gün mən dahi atanızın məzarını ziyarət etdim. Deməliyəm ki, Sizin gördüyünüz böyük işlər sayəsində onun ruhu çox şad olmalıdır. Sizi təbrik edirəm. Düşünürəm ki, mənim Bakıya səfərim çox mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, İslamabada qayıdanda, dövlət xidməti sahəsində belə bir liderin addımlarından çox şey öyrənmiş olacağam.
Qardaşım Prezident, biz iki qardaş ölkəyik. Bizim əlaqələrimiz qarşılıqlı etimad, hörmət və hədsiz səmimiyyət üzərində qurulub. Siz hər zaman Kəşmir məsələsini dəstəkləmisiniz və Pakistanın yanında olmusunuz.
X X X
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Nəvaz Şərifə çatdırmağı xahiş etdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib