“IDEF 2025” sərgisində müdafiə sənayesi sahəsində fəal müzakirələr aparılır
Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi davam edir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev iyulun 24-də Nigeriya Federativ Respublikasının müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Somali Federativ Respublikasının müdafiə naziri Ahmed Moallim Fiqi, Cənubi Afrika Respublikasının müdafiə və vətən veteranları nazirinin müavini Bantubonke Harrington Holomisa və Səudiyyə Ərəbistanı Krallığının icra məsələləri üzrə müdafiə nazirinin müavini Khalid bin Hussein Al-Biyari ilə görüşüb.
Görüşlər zamanı “IDEF 2025” sərgisində yüksək səviyyəli işgüzar mühitin formalaşdığı, bu tədbirin müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları baxımından mühüm platforma rolunu oynadığı vurğulanıb.
Ölkələrimiz arasında hərbi-texniki sahədə tərəfdaşlıq imkanları müzakirə edilib, tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sərgi çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuk Bayraktar Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stendi ziyarət ediblər. Nazir V.Mustafayev onlara sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, MSN “IDEF” sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edir. Sərgi iyulun 27-də başa çatacaq.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
21.04.2026, 14:06
“DSA 2026” sərgisində bir sıra görüşlər keçirilib
20.04.2026, 14:08
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb
03.03.2026, 12:20
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir