Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Partner 2025” sərgisində iştirak edir
Sentyabrın 23-də Serbiya Respublikasının Belqrad şəhərində “Partner 2025” 12-ci Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
İki ildən bir keçirilən sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, raket kompleksləri, müasir atıcı silahlar, pilotlu və pilotsuz hava vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri və digər müasir müdafiə təyinatlı məhsullar nümayiş etdirilir.
Səfər çərçivəsində H.Əzimov paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra nazir müavini sərgidə müxtəlif ölkələrin və şirkətlərin stendlərində nümayiş etdirilən məhsullarla tanış olub.
H.Əzimov Serbiyanın müdafiə nazirinin büdcə və maliyyə məsələləri üzrə müavini Goran Momçiloviç və “Yugoimport SDPR” dövlət şirkətinin baş direktoru Yugoslav Petkoviç ilə görüşüb.
Görüşlər zamanı ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın mövcud vəziyyəti təhlil olunub, tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı etimad və anlayışa əsaslanan münasibətlərin genişləndirilməsi üçün perspektiv imkanları nəzərdən keçiriblər.
Qeyd edək ki, “Partner 2025” 12-ci Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi sentyabrın 26-da başa çatacaq.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib