Hidayət Əzimov Rio-de-Janeyroda Azərbaycanın adını daşıyan bələdiyyə məktəbini ziyarət edib
“LAAD 2025” Müdafiə və Təhlükəsizlik Sərgisində iştirak etmək məqsədilə Braziliya Federativ Respublikasında səfərdə olan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov aprelin 2-də Rio-de-Janeyro şəhərində ölkəmizin adını daşıyan bələdiyyə məktəbini ziyarət edib.
Nazir müavini məktəbin pedaqoji heyəti və şagirdlərlə tanış olub. O, Braziliyada Azərbaycanın adını daşıyan məktəbin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına və təhsil sahəsində davamlı əməkdaşlığa töhfəsindən danışıb.
Sonda məktəbin kollektivi ilə xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, Rio-de-Janeyro şəhərində Azərbaycanın adını daşıyan bələdiyyə məktəbi 2016-cı ilin mart ayında fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının adının məktəbə verilməsi qanununun müəllifi isə Rio-de-Janeyro şəhər bələdiyyəsinin üzvü olan Joao Rikardo Ribasdır.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
30.04.2026, 16:04
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
29.04.2026, 18:06
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
21.04.2026, 14:06
“DSA 2026” sərgisində bir sıra görüşlər keçirilib
20.04.2026, 14:08
Azərbaycan məhsulları “DSA 2026” sərgisində nümayiş etdirilir
16.04.2026, 18:50
Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
15.04.2026, 19:20
Müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandum çərçivəsində protokol imzalanıb
03.04.2026, 17:20
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı onlayn maarifləndirici tədbir keçirilib
03.04.2026, 15:53
Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına başlayıb
04.03.2026, 09:20
MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb
03.03.2026, 12:20
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdədir