Əsas səhifə \ Həvəskar idmançılar arasında velosiped yarışı keçi...
18 okt, 2021 12:00

Həvəskar idmançılar arasında velosiped yarışı keçirilib

17 oktyabr tarixində Müdafiə Sənayesi Nazirliyi Velosiped İdman Klubunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə həvəskarlar arasında velosiped yarışı keçirilib.
Füzuli rayonunun düşməndən azad olunmasına həsr edilmiş bu yarış velosiped idmanına olan marağı artırmaq məqsədi ilə keçirilib.

Qaliblər təşkilatçılar tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər. Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev də iştirak edib.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

1172

Oxşar yazılar