Hərbi-texniki əməkdaşlıqda texnologiyanın roluna həsr olunmuş tədbir keçirilib
Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusunda panel iclas keçirilib.
İclasda müdafiə sənayesi naziri Vüqar Mustafayev, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev, ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov, Sumqayıt Texnologiyalar Parkının Baş direktoru Hicran Valehov, “Titra” A.Ş.-nin İdarə Heyətinin sədri Məhəmməd Selman Dönməz, “Aselsan” şirkətinin baş direktoru Ahmet Akyol, "Azərsilah Müdafiə Sənayesi Holdinqi" QSC-nin nümayəndəsi Orxan Yusibov müzakirələrdə iştirak ediblər.
Tədbir Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini Fuad Məmmədovun moderatorluğu ilə keçirilib.
İclasda ölkəmizin müdafiə sənayesinin daha da inkişaf etdirilməsi yönündə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Vurğulanıb ki, tədbir beynəlxalq müstəvidə hərbi-texniki əməkdaşlığın inkişafında, müasir silah və texnologiyaların istehsalçısı olan hərbi sənaye müəssisələrinin, xarici və yerli şirkətlərin arasında işgüzar əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayır. Qeyd olunub ki, dünya ölkələrinin təhlükəsizlik sistemlərinin üzləşdiyi təhdidlər hər bir dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsini, hərbi-texniki sahədə əlaqələrin inkişafını, milli müdafiə sənayesi potensialının artırılmasını zəruri edir. Son illərdə özünün güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiyyətlərə imza atan Azərbaycan artıq rəqabətqabiliyyətli, yüksək dəqiqliyə malik müasir hərbi təyinatlı məhsullar istehsal edir, bu sahədə daxili və xarici sifarişləri yerinə yetirir.
Paneldə müdafiə sənayesində texnologiya və bu sahədə investisiya imkanları, silahlı qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığın azaldılması mövzularında müzakirələr aparılıb, təkliflər səsləndirilib.
economy.gov.az
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub