Gənclərimiz Azərbaycan silahı ilə qürur duyurlar
Müdafiə Sənayesi Nazirliyi yeniyetmə və gənclərin müdafiə sənayesi sahəsinə maraqlarının artırılması, gələcəkdə mühəndis kadrlar kimi püxtələşməsi məqsədilə mütəmadi görüşlər, konfranslar və məlumat turları təşkil edir. Bu tədbirlər çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil idarəsinin birgə təşkilatçılığı ilə MSN-in müəssisəsində Bakı şəhərinin 36, 93, 177 və 193 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdləri üçün məlumat turu təşkil edilib.
Tədbirdə Nazirliyin məsul əməkdaşları Azərbaycanın müdafiə sənayesinin tarixi və inkişaf mərhələləri haqqında ətraflı məlumat verib, bu sahədə gənc mütəxəssislərin yetişdirilməsinin xüsusi önəm daşıdığını qeyd ediblər.
Tur iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qazandığı tarixi Qələbəyə Müdafiə Sənayesi Nazirliyi də öz layiqli töhvələrini verib. Müharibə dövründə yerli istehsalımız olan müasir silah-sursat, hərbi texnika və pilotsuz uçuş aparatları düşmənə öz gücünü göstərib.
Daha sonra şagirdlər müasir və nəfis tərtibatlı sərgi salonunda MSN-in tabeli birlik və müəssisələrində istehsal olunan müxtəlif növ müdafiə təyinatlı məhsullarla tanış olublar. Mütəxəssislər onlara bu məhsulların texniki göstəriciləri haqda geniş məlumatlar verib, şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Gənclərimiz belə turların təşkilinə görə müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə minnətdarlıqlarını bildirib, Azərbaycan silahı ilə qurur duyduqlarını ifadə ediblər.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub