“EDEX-2025” sərgisində Azərbaycanın müdafiə sənayesinin beynəlxalq tərəfdaşlıq imkanları genişləndirilir
Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilən “EDEX-2025” beynəlxalq müdafiə sərgisi davam edir.
Sərgi çərçivəsində Mali Respublikasının müdafiə və veteranlar naziri Sadio Kamara Azərbaycan stendini ziyarət edib.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev S.Kamaranı “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və ölkəmizə məxsus digər yerli şirkətlərin istehsalı olan müdafiə təyinatlı məhsullarla tanış edib.
Nazir V. Mustafayev sərgi zamanı Misir Ərəb Respublikasının hərbi istehsal üzrə dövlət naziri Məhəmməd Salah Əl-Dien Mustafa, Sudan Respublikasının Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleyman, Ekvatorial Qvineya Respublikasının milli müdafiə nazirinin müavini Kandido Ncogo Engono Nchama, Koreya Republikasının Müdafiə Satınalmaları Proqramı üzrə nazir müavini Guckcheol Bang, Pakistan İslam Respublikasının Strateji Planlaşdırma İdarəsinin baş direktorunun müavini, general-mayor Məhəmməd İshaq Xattak ilə görüşüb.
Səmimi və konstruktiv şəraitdə keçən görüşlərdə nazir V.Mustafayev Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətlər, yerli istehsal potensialı və ixrac imkanları haqqında ətraflı məlumat verib. Tərəflər “Azərsilah” Müdafiə Sənayesi Holdinqi tərəfindən təqdim edilən məhsullar və texnologiyalarla yaxından maraqlanaraq, gələcək əməkdaşlıq niyyətlərini ifadə ediblər.
Görüşlər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və yeni istiqamətlər üzrə tərəfdaşlıq imkanları, həmçinin təcrübə mübadiləsi, elmi-texniki tədqiqatların təşkili haqqında müzakirələr aparılıb, müdafiə sənayesi qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib