BƏƏ Prezidenti Azərbaycanın istehsal etdiyi hərbi məhsullarla tanış olub
Fevralın 19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Əbu-Dabi şəhərində keçirilən “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət edib.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev BƏƏ prezidentinə sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib. Dövlət başçısı “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisində fəal iştirak edən Azərbaycanın nümayəndə heyətinə uğurlar arzulayıb.
Daha sonra İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullarla tanış olub. Nazirə yerli məhsullar haqqında geniş məlumat verilib.
Qeyd edək ki, bu gün sərgi çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei, “EDGE Group” şirkətinin İdarə Heyətinin sədri Faysal Əl Bannai, “Tawazun” şurasının baş katibi Nasser Al Nuaimi və Çin Xalq Respublikasinin “CETC International” şirkətinin rəhbərliyi ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, maraq doğuran məsələlər ərtafında fikir mübadiləsi aparılıb.
“IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisi fevralın 21-dək davam edəcək.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib