AzTU-da "Gələcəyin Zəkası" və "Yanındayıq" layihələrinin tanıtım tədbiri keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) "Gələcəyin Zəkası" və "Yanındayıq" layihələrinin tanıtım tədbiri keçirilib.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Müdafiə Sənayesi Nazirliyinin (MSN) şöbə müdiri, Əməkdar mühəndis Məmmədsaleh Əliyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbər şəxsləri, professor və müəllim heyəti, layihə rəhbərləri, həmçinin tələbələr iştirak ediblər.
Rektor V.Vəliyev tədbir iştirakçılarını salamlayaraq universitetdə görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verib.
MSN-in şöbə müdiri M.Əliyev Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin müdafiə sənayesinin inkişafındakı misilsiz xidmətləri, həyata keçirdiyi uğurlu islahatlardan danışıb.
Şöbə müdiri AzTU ilə MSN-in birlik və müəssisələri arasında sıx əməkdaşlığın davam etdirildiyini vurğulayıb.
M.Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra MSN-in müəssisələrində yenidənqurma işləri aparılıb və yeni istehsalat sahələri istifadəyə verilib. Bu istehsalat sahələrinin peşəkar mütəxəssislərlə təmin edilməsi üçün MSN-in sifarişi, Nazirlər Kabinetinin Qərarı ilə 2011-ci ildə AzTU-nun nəzdində “Xüsusi texnika və texnologiya” fakültəsi yaradılıb. 2023-cü ildə bu fakültəni bitirən 41 nəfər məzun Nazirliyin birlik və müəssisələrində işlə təmin olunublar.
Digər çıxış edənlər belə layihələrin gənc mütəxəssislər və tələbələr üçün əhəmiyyətindən danışıb, informasiya və telekommunikasiya texnologiyaları, energetika və avtomatika, həmçinin nəqliyyat və logistika sahələrindən bəhs ediblər.
Daha sonra sözügedən layihələrin icrası zamanı görülən işlərlə bağlı hesabat təqdim olunub.
Ardınca "Gələcəyin mütəxəssislərinin yetişdirilməsində universitet-sənaye işbirliyinin və ekosistemin rolu" mövzusunda panel müzakirələr baş tutub.
Qeyd edək ki, "Gələcəyin zəkası" və "Yanındayıq" layihələrinin əsas məqsədi real sənaye əsaslı qruplar yaratmaq, universitet-sənaye işbirliyini qurmaq və əmək bazarına xüsusi seçilmiş istiqamətlər üzrə mentor dəstəyi ilə mütəxəssis yetişdirməkdir.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib