“Azərbaycanın müasir müdafiə sənayesi” mövzusunda tələbələrlə görüş keçirilib
Aprelin 23-də Müdafiə Sənayesi Nazirliyi (MSN) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın müasir müdafiə sənayesi” mövzusunda tələbələrlə görüş keçirilib. BMU-nun akt zalında təşkil edilən tədbirdə müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, MSN-in şöbə müdiri, Əməkdar mühəndis Məmmədsaleh Əliyev, Nazirliyin məsul əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev, BMU-nun prorektoru Bayram Hüseynzadə, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra ölkəmizin müdafiə sənayesindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, müdafiə sənayesi sahəsində də əvəzsiz işlər görülüb. Siyasi, inzibati və ideoloji əngəllərə baxmayaraq, MSN-in əsasını təşkil edən və ölkəmizin müxtəlif şəhərlərində yerləşən spesifik təyinatlı müəssisələrin yaradılmasına nail olunub.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin müdafiə sənayesinin yaradılmasında və inkişafındakı misilsiz xidmətləri, Onun rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar sayəsində dünyada Azərbaycan silahının nüfuzu günbəgün yüksəlir.
Diqqətə çatdırılıb ki, ordunun daha da qüdrətlənməsi və döyüş hazırlığı müdafiə sənayesinin inkişafı ilə birbaşa əlaqəlidir. Bu gün Azərbaycan artıq rəqabətədavamlı, müasir standartlara cavab verən məhsullar istehsal etmək qabiliyyətindədir. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Bunun nəticəsidir ki, MSN-in istehsal etdiyi silahlar istər 44 günlük Vətən müharibəsində, istərsə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ iqtisadi rayonunda yüksək peşəkarlıqla aparılan lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə öz gücünü və qüdrətini əməli döyüş şəraitində bir daha göstərib.
Bildirilib ki, Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən düzgün aparılmış işlər nəticəsində nazirliyin müəssisələrində istehsal edilmiş ümumi məhsul həcminin çoxunu ixraca yönəltmək mümkün olub.
MSN tərəfindən gənclərə intellektual səviyyələrini artırmaları, innovativ mühəndislik üzrə aparıcı qüvvə kimi formalaşmaları, nəzəri biliklərin praktiki təcrübə ilə vəhdəti əsasında xüsusi bacarıqlarını daha da yüksəltmələri məqsədilə hərtərəfli şərait yaradılır.
Çıxışlardan sonra Nazirliyin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.
Sonda BMU-nun rektoru Yaqub Piriyev MSN-in nümayəndə heyətini universitetin Mexanika Mühəndisliyi Laboratoriyaları, həmçinin tələbələrin hazırladığı startaplarla tanış edərək ətraflı məlumatlar verib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib